Qubada qayın yeznəsini bıçaqladı
05 İyul 2010 Bazar Ertəsi 13:00
Hadisəyə səbəb yeznənin arvadını 7 aylıq uşaqla gece yarısı evdən qovması olub.
Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinə rayon polis şöbəsindən verilən məlumata görə, rayonun İkinci Nügədi kənd Sakini 29 yaşlı Tural Hacı oğlu Süleymanov yeznəsi, 33 yaşlı Namiz Qəhrəman oğlu Bəşirova qarın nahiyyəsindən 4 bıçaq zərbəsi vuraraq ona ağır bədən xəsarətləri yetirib. Xəstə təcili olaraq xəstəxanaya yerləşdirilərək əməliyyat edilib.

Hadisənin baş verməsinə səbəb isə N. Bəşirovun gecə yarısı arvadını 7 aylıq körpəsi ilə ata evinə qovması olub. Bunu görən T. Süleymanov yeznəsinə zəng vuraraq onu yaxınlıqda yerləşən şadlıq evinin həyətinə çağıraraq məsələyə aydınlıq gətirməsini istəyib. Tural yeznəsinin günahını etiraf etmədiyini görəndə aralarındakı münaqişə zamanı onu bıçaqlayıb.

Hadisədən sonra T.Süleymanov polis bölməsinə gələrək könüllü təslim olub. O, ilkin ifadə verərkən etdiyi əməldən peşman olmadığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar