Qubada ərköyün övlad özünü öldürdü
19 İyul 2010 Bazar Ertəsi 12:10
7-ci sinif şagidrdi oynamaq adı il əhəyətə düşüb, sonra özünü asıb.
Azərbaycanın Quba rayonunda intihar hadisəsi baş verib. Bu barədə ANS PRESS-in bölgə müxbirinə Quba Rayon Prokurorluğunun böyük müstəntiqi Rəşad Alıkişiyev məlumat verib. Rayonun 2-ci Nügədi kənd sakini, 12 yaşlı Şamil Ağanur oğlu Hacıyev iyulun 18-i axşam saat 20.00 radələrində yaşadığı evin həyətinin tövləsində özünü asaraq intihar edib. Onun meyitini asılmış vəziyyətdə anası Raisa Hacıyeva tapıb.

Hadisə yerinə rayon polisinin və prokurorluğun əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar.
Məlum olub ki, 7-ci sinif şagirdi Ş.Hacıyev ailəsi tərəfindən ərköyün böyüdülüb.

Faktla bağlı rayon prokurorluğunda AR CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ş. Hacıyev hadisə baş verən gün valideynləri ilə birgə yemək yeyib, daha sonra, saat 19.00 radələrində oynamaq adı ilə həyətə düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar