Qubada boğulan Bakı sakinin cəsədi tapılıb
09 Avqust 2010 Bazar Ertəsi 21:10
16 yaşlı qızın meyiti ailəsinə təhvil verilib.
Quba rayonunda avqust ayının 5-də Quba-Xınalıq yolunun 30-cu kilometrliyində yerləşən istirahət mərkəzlərindən birində ailəsilə istirahət edən zaman Qudyalçayda boğulan Ağdam rayonundan olan məcburi köçkün, Pirşağı qəsəbə sakini 16 yaşlı Əliyeva Səkinə Faiq qızının cəsədi tapılıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Quba rayon polis şöbəsi, rayon prokurorluğu, Fövqəladə Hallar Nazirliyinin Xaçmazda yerləşən Şimal regional mərkəzinin əməkdaşları tərəfindən aparılan axtarışlar nəhayət ki, müsbət nəticə verib. Mərhumun meyiti çayda boğulduğu yerin yaxınlığında yerləşən qayalığın dibindən tapılıb. 16 yaşlı qızın cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar