Qobustan qapalı həbsxanasında ölüm hadisəsi
07 Dekabr 2009 Bazar Ertəsi 11:15
Qobustan qapalı həbsxanasında kütləvi iğtişaların təşkilatçısı ölüb.
Qobustan həbsxanasında ölüm hadisəsi baş verib.
Qaradağ rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, dekabrın 6-da 13 saylı cəzaçəkmə müəssisəsində törədilmiş kütləvi iğtişaşın təhrikçisi kimi 12 il müddətinə azadlıqdan məhrum edilmiş 31 yaşlı Cəlilabad sakini, Rauf Məmmədov ölüb. Mərhumun ürək-damar xəstəliyindən öldürüyü bildirilir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzi faktl təsdiq edib.
Qeyd edək ki, məhrum Rauf Məmmədov 2005-ci ildə Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmdə hakim Azər Orucovun sədrlik etdiyi məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. O, 13 saylı cəzaçəkmə müəssisəsinin məhbusları kütləvi iğtişaşa təhrik etməkdə təqsirləndirilib. Belə ki, Qobustan Qapalı Həbsxanasında cəza çəkən Rauf Məmmədov həmin məhbuslara «Quli» ləqəbli Nadir Səlifovun Qobustan Həbsxanasından 1 saylı istintaq təcridxanasına köçürülməsi barədə məlumat verib. Həmçinin dustaqlara göstəriş verib ki, Nadir Səlifovun Qobustan Həbsxanasına qaytarılması üçün cəzaçəkmə müəssisəsində aksiya keçirsinlər. Buna görə də, 2005-ci il fevralın 15-dən 16-na keçən gecə dustaqlar müəssisədə kütləvi iğtişaşa əl atıblar. Nəticədə müəssisənin normal fəaliyyəti pozulub, dustaqları intizama dəvət edən müəssisə əməkdaşlarına bədən xəsarətləri yetirilib. Həmin iş üzrə 13 məhkum təqsirləndirilib. Məhkumlar məhkəmə prosesdə küt alətlərlə özlərinə xəsarət yetirdikləri üçün hökm 1 saylı istintaq təcridxanasında oxunub. Təqsirləndirilənlər məhkəmənin hökmü ilə hər birinə cəzasını ciddi rejimli müəssisədə keçirməklə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: