Qəbələdə sakinlərin ehtiyatsızlığı ucbatından törədildiyi iddia edilən yanğın hələ davam edir. Qeyd edək ki, Bum meşəliyi ərazisində alovun qarşısının alınmasına FHN-nin 350-yə yaxın əməkdaşı və bir helikopter cəlb olunub. Bundan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, eləcə də kənd sakinləri yanğının söndürülməsinə yardım göstərir.
Ümumilikdə yanğın 4 hektar ərazini əhatə edib. Yanğının geniş miqyas almaması və digər meşə zolaqlarına keçməməsi üçün tədbirlər görülür. ANSPRESS
Qəbələdə yanğın davam edir
Qəbələ Bum meşəliyində yanğın 4 hektar ərazini əhatə edib.




Şərhlər