Qəbələdə dövlət meşə qoruğu yanıb
11 Avqust 2010 Çərşənbə 22:35
İki gündə 0.65 hektar dövlət meşə sahəsi məhv olub.
Qəbələ rayonunun Bum kəndindəki dövlət meşə qoruğunda yanğın baş verib. FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Alı Məmmədovun verdiyi məlumata görə, yanğın avqustun 11-də günorta saat 15:00 radələrində başlayıb və dərhal əraziyə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yanğın yüksək dağlıq ərazidə yerləşən meşə sahəsində baş verdiyi üçün texnikaların ora qalxması və alovun söndürülməsi çətinləşib.
Yanğınsöndürənlər və yaxınlıqdakı kəndlərin əhalisi axşam saat 20:30-dək yanğını tam söndürüblər. Hadisə zamanı 0.25 hektar dövlət meşə sahəsi yanıb. Məlumata görə dünən həmin ərazidə baş verən yanğın tam söndürülmədiyi üçün bu gün alov yenidən meşəni bürüyüb. Qeyd edək ki, dünən Bum meşəsində 0.40 hektar meşə sahəsi yanmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: