Hadisə

Qəbələdə 5 hektar ərazidə meşə yanır

Yanğının söndürülməsinə texnika və helikopter cəlb olunub.

· Xəbərçi
Qəbələdə 5 hektar ərazidə meşə yanır
Qəbələ rayonu, Həmzəlli kəndi ərazisində meşə zolağında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, təxminən, 5 hektar ərazisini əhatə edən yanğının söndürülməsinə başlanılıb. İyanğınla mübarizəyə FHN-in canlı qüvvə və texnikası, həmçinin, aviasiya dəstəsinin 1 helikopteri cəlb olunub. Hazırda əməliyyat davam edir. ANSPRESS

Şərhlər