Qəbələ rayonunda oğul atasını qətlə yetirib
31 İyul 2010 Şənbə 10:55
Azərbaycanın Qəbələ rayonunda qətl hadisəsi baş verib. APA-nın Baş Prokurorluğun rəsmi internet saytına istinadən xəbərinə görə, hadisə iyulun 30-da saat 23.00 radələrində qeydə alınıb.
Rayonun Ziring kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Təkmurad Nazim oğlu ailə münaqişəsi zəminində yaşadıqları evdə 1963-cü il təvəllüdlü atası Məhəmmədov Nazim Nadir oğlunun qarın nahiyəsinə bıçaqla bir zərbə vuraraq xəsarət yetirib, sonuncu aldığı xəsarətlə əlaqədar kəskin qanaxma nəticəsində hadisə yerində ölüb.
Rayon Prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub
Rayon Prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən T. Məmmədov saxlanılıb və o, şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.
Hazırda iş üzrə istintaq rayon Prokurorluğunda davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: