Hadisə

Qatarın altına düşən qadın ayaqlarını itirib

Qəza nəticəsində qadının iki ayağı da dizdən aşağı kəsilib

· Xəbərçi
Qatarın altına düşən qadın ayaqlarını itirib
Türkiyədə dəhşətli qatar qəzası baş verib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Qızıltorpaq stansiyasında qatar gözləyən 47 yaşlı şəhər sakini qəfildən relslərin üstünə yıxılıb. İstanbul-Gebze istiqamətində hərəkət edən elektrik qatarı isə qadının qıçlarının üstündən keçib. Qəza nəticəsində qadının iki ayağı da dizdən aşağı kəsilib. Yaralı qadın təvili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun ayaqlarını yerinə tikmək üçün əməliyyata başlayıb. ANSPRESS

Şərhlər