Qarabağda zəlzələ olub. Yeraltı təkan Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundan 13 km şimalda, Rixter cədvəli üzrə 2,5 bal gücündə qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS-ə məlumat verilib.
Ağstafada da 2,8 bal gücündə yeraltı təkan olub. Dağıntı və təlafat yoxdur. Mərkəzin baş direktoru Qurban Yetirmişli ANS-ə ölkə ərazisində seysmik vəziyyətin fon səviyyəsində olduğunu vurğulayıb. O, əhalinin təşvişə düşməsinə səbəb olmadığını deyib.
Qarabağda zəlzələ olub
Təkanlar Kəlbəcər rayonundan şimalda qeydə alınıb




Şərhlər