Hadisə

Prokuror fırıldaqçılıqda ittiham olunur

Zviad Saliya cinayətkarı azad etdiyinə görə, saxlanılıb

· Xəbərçi
Prokuror fırıldaqçılıqda ittiham olunur
Tiflis şəhər Prokurorluğunun prokuroru Zviad Saliya fırıldaqçılıqda ittiham olunaraq saxlanılıb.
Gürcüstan Baş Prokurorluğundan verilən məlumata görə, o, marixuananın saxlanılması və yayılmasında ittiham olunan Giorgi Devdarianinin 15 min lari girov müqabilində azad edilməsi üçün 2 min lari rüşvət alıb.

Vəkil Roland Kotiaşvili Tiflis Məhkəməsinin həyətində prokurora pul verdiyini etiraf edib.

İndi məhkəmədə günahı təsdiq olunarsa, prokuror Saliyanı 9 ilədək həbsxana həyatı gözləyir. ANSPRESS

Şərhlər