Porsche Cayenne günün günorta çağı qaçırıldı
07 Yanvar 2010 Cümə Axşamı 20:20
140 min manat dəyəri olan Porsche Cayenne avtomobil hələ də axtarılır
Bu il Moskvada ilk “Porsche Cayenne” oğurlanıb. Qiyməti təqribən 140 min manat olan avtomobili şəhərin mərkəzi küçələrindən birində günorta saatlarında yaşayış binasının önündən qaçırıblar. Avtomobili isə tapmaq mümkün olmayıb.

2009-cu ilin dekabr ayında da Moskvada bu model avtomobilin oğurlanması qeydə alınmışdı. Moskva milisinin verdiyi məlumata görə, Rusiya paytaxtında əsasən VAZ və Toyota avtomobilləri oğurlanır. Siyahıda növbəti yerlərdə isə Honda, Mazda Mitsubishi avtomobilləri dayanır.

Sutka ərzində şəhərdə təqribən 30-40 avtomobil oğurlanır. “Qaçırılan avtomobillərin 60 faizindən çoxu gecələr və nadir hallarda isə hücum etməklə oğurlanır”, - deyə Moskva milisindən bildirilib.

Avtomobillərin 95 faizini öncədən quraşdırılmış peyk xəbərdarlıq sistemi vasitəsilə isti izlərlə tapmaq mümkün olur.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar