Hadisə

Polisin vurduğu piyada öldü

Hadisə Abşeron rayonunda baş verib.

· Xəbərçi
Polisin vurduğu piyada öldü
Bakı-Şamaxı avtomobil yolunda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov bildirib ki, hadisə oktyabrın 20-də saat 00:10 radələrində Bakı-Şamaxı yolunun 16-cı kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb.

Qaradağ rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşı, baş serjant, 1972-ci il təvəllüdlü Əliyev Nizami Maarif oğlu idarə etdiyi 90 CK 611 dövlət nömrə nişanlı, “Nissan Tiida” markalı avtomobillə yolu keçən piyada, Cəbrayıl rayon sakini, 1977-ci il təvəllüdlü Şükrəliyev Rafiq Həmzə oğlunu vurub. R. Şükrəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər