Hadisə

Piyadaya yolu keçmək nəsib olmayıb

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

· Xəbərçi
Piyadaya yolu keçmək nəsib olmayıb
Aprelin 3-də saat 21:00 radələrində Quba şəhərinin Əliqulu Nərimanov küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bölgə müxbirimizin verdiyi məlumata əsasən, Salyan rayon sakini, 29 yaşlı Emil Eldar oğlu Rüstəmov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçmək istəyən Quba şəhər sakini, 58 yaşlı Qasımov Əlibaba Zahid oğlunu vurub. Nəticədə piyada hadisə yerində keçinib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb. Araşdırmalar aparılır. ANSPRESS

Şərhlər