Hadisə

Pirşağıda samovar qarət edildi

Bağ evində samovarın içində gizlədilmiş 8000 ABŞ dolları oğurlanıb.

· Xəbərçi
Pirşağıda samovar qarət edildi
Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində bağ evi qarət olunub. Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, oğurluq hadisəsi dünən axşam saatlarında baş verib.

Mehti Məsum oğlu Əliyev polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onun bağ evi qarət edilib. Hadisə yerinə yollanan əməliyyat qrupunun araşdırmaları zamanı məlum olub ki, naməlum şəxs və yaxud şəxslər pəncərədən keçmək yolu ilə mənzildən “Vestel” markalı, 300 manat dəyərində televizor, 50 manat dəyərində peyk antenasının qəbuledicisi, 80 manat dəyərində DVD və samovarın içərisində gizlədilmiş 8000 ABŞ dolları oğurlanıb.

Qeyd edək ki, ev yiyəsi bağ evində axırıncı dəfə 14 gün bundan əvvəl olub.

Hazırda faktla bağlı AR CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, hadisəni törədənlərin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində araşdırma aparılır. ANSPRESS

Şərhlər