Pepenin evi yarıldı
15 Dekabr 2010 Çərşənbə 17:20
Futbolçunun evindən 50 min avro, zinət əşyaları və məişət texnikası yoxa çıxıb
İspaniyanın “Real” klubunun portuqaliyalı futbolçusu Pepenin evində oğurluq hadisəsi baş verib. Oğrular futbolçunun komanda ilə birlikdə Çempionlar Liqası turniri çərçivəsində Fransada “Oser” klubu ilə matça çıxdığı zaman evə girib. Mənzildən 50 min avro nağd pul, həmçinin zinət əşyaları, məişət texnikası və kompüterlər yoxa çıxıb.
Futbolçu Fransadan qayıdıb evə gəldikdən sonra oğurluq faktının baş verdiyini müəyyənləşdirib. İspaniya hüquq-mühafizə orqanları əməkdaşları artıq oğurluq faktı ilə bağlı təhqiqatlara başlayıb.
DOSTLARINLA PAYLAŞ: