Paytaxtdakı təkər oğrusu yaxalandı
22 İyul 2010 Cümə Axşamı 23:30
Suraxanı sakini təkər oğrusu rus istehsalı olan maşınların qəniminə çevirilibmiş.
Suraxanı rayon Polis İdarəsi və 33-cü polis bölməsinin əməliyyatçıları bir neçə müddətdir ki, Rusiya istehsalı olan maşınların qəniminə çevirilmiş paytaxt sakinini ələ keçirib. Bu, 25 yaşlı Yeni Günəşli qəsəbə sakini Əliyev Nicat Dəyanət oğludur.

O, gecə saatlarında qaranlıq həyətlərə daxil olaraq əsasən də “Jiquli” markalı maşınların yük hissəsini özündə olan açarla açaraq ehtiyat təkərlərini oğurlayırmış. Hələlik istintaqa məlum olan bu kimi faktların sayı səkkizdir.

Aparılan araşdırmalar zamanı onun bir maşından səsgücləndirici oğurlaması da müəyyən edilib. Məlum olub ki, Nicat Əliyev oğurladığı təkərlərin köhnəsini 10-15 manata, yenilərini isə 30-40 manata satırmış. Onun müştəriləri isə əsasən Xətai rayon ərazisində yerləşən təkər satışı mağazalarının sahibləri olurmuş.

Faktı araşdıran Suraxanı rayon Polis İdarəsinin istintaq bölməsinin müstəntiqi Murad Hüseynovun sözlərinə görə, artıq Nicat barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılmaqla yanaşı, həbs qətimkan tədbiri də seçilib. Hazırda onun digər yerlərdə də anoloji oğurluqlar edib-etməməsi araşdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar