Partlayan "Nokia" sahibini öldürdü
19 Avqust 2010 Cümə Axşamı 18:00
23 yaşlı kişini bədənindən telefonun hissələri taplıb.
“Nokia” markalı telefonun partlaması Hindistanda 23 yaşlı bir nəfərin ölümü ilə nəticələnib. Çoban olduğu bildirilən şəxs axşam evinə qayıtmadığından onu axtarmağa başlayan yaxınları onu sağ qulağı, çiyni və boyun hissəsində yaralarla ölmüş halda tapıbılar. Aparılan tibbi ekspertiza onun istifadə etdiyi “Nokia 1209” markalı telefonun danışıq zamanı partlamasını və ölümünə səbəb olmasını təsdiqləyib. Belə ki, onun bədənindən partlamış telefonun hissələri aşkar olunub.
Hindistanın rabitə naziri isə baş vermiş hadisə ilə bağlı komissiya yaradılması və araşdırma aparılması barədə göstəriş verib.
Qeyd edəki, bu, Asiya ölkələrində baş verən ilk belə hal deyil. Bu ilin yanvarında 27 yaşlı bir evdar qadının həyat yoldaşı ilə danışarkən telefonunun partlaması nəticəsində dünyasını dəyişməsi faktı qeydə alınıb. Çin və Nepalda da bu cür hadisələr dəfələrlə baş verib. Bu hallar əsasən az tanınmış telefon markaları və saxta telefon batareyaları istifadəçilərinin başına gəlir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: