Bu gecə Pakistanda zəlzələ baş verib. Yerli telekanalların rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, ölkənin şimal-qərbində qeydə alınan yeraltı təkanların gücü 5 bal olub. Təkanlar paytaxt İslamabadda daxil olmaqla bir səıra regionlarda hiss edilib. Mətbuatın yaydığı məlumata görə, zəlzələnin episentri Peşəvər şəhərindən 119 km aralıda olub. Təşvişə düşən əhali evlərini tərk edərək, gecəni küçələrdə keçirməli olub. Hələlik təlafat və dağıntı barədə məlumat yoxdur.
Qeyd edək ki, 2005-ci ilin oktyabr ayında Pakistanda baş verən güclü zəlzələ 73 min insanın ölümünə yol açmışdı.
Pakistanda zəlzələ baş verib
Təkanlar 5 bal gücündə olub




Şərhlər