Pakistanın Əfqanıstanla sərhəddində yaraqlılarla hərbçilər arasında atışma olub. BBC-nin yaydığı məlumata görə, 150 yaxın silahlı sərhəddəki 5 buraxılış məntəqəsinə hücum edib. Nəticədə 11 hərbçi, 24 yaraqlı həlak olub. Yerli hakimiyyətin təmsilçisi olan Amcad Əli Xanın sözlərinə görə, hərbçilər basqının qarşısını almaq üçün helikopterlərdən də istifadə edib.
Pakistanda atışma
Silahlılar sərhəd-keçid məntəqələrinə hücum edib




Şərhlər