Hadisə

Pakistanda 15 silahlı öldürülüb

ABŞ-ın pilotsuz təyyarələri yenidən Pakistan ərazisini bombalayıb

· Xəbərçi
Pakistanda 15 silahlı öldürülüb
Pakistanda daha 15 silahlı məhv edilib. Bu barədə yerli hakimiyyətə istinadən "BBC" məlumat yayıb. Məlumata görə, Amerikanın pilotsuz təyyarələri yenidən ölkənin Əfqanıstanla sərhədini bombalayıb. Nəticədə ən azı 15 silahlının öldürüldüyü bildirilir.

Əməliyyatlar Şimali Vəziristan əyalətində "Taliban" döyüşçülərinin gizləndiyi ehtimal edilən yerlərdə keçirilib.

Şərhlər