Ötən günün kriminal xronikası
26 İyul 2010 Bazar Ertəsi 17:40
29 cinayət faktından 15-inin üstü açılıb.
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 29 cinayət faktı qeydə alınıb. Qeydə alınan hadisələrdən 15-i “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Ölkə ərazisində 9 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar