“Oskar” şadlıq evindən seyf oğurlayan dəstə tutuldu
01 İyun 2010 Çərşənbə Axşamı 10:35
“Oskar” şadlıq evindən seyf oğurlayan dəstə tutuldu. Faktla bağlı araşdırma aparılır.
Bakıda yerləşən “Oskar” şadlıq evindən oğurluq edən şəxslər tutulub. Bu barədə ANS PRESS-ə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub.
Məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Famil Abbasov, Təbriz Rüstəmov, Ramin Məmmədzadə və Namiq Abbasov mayın 31-də tutularaq istintaqa cəlb olunublar.
Xatırladaq ki, mayın 24-nə keçən gecə Çobanzadə küçəsində yerləşən “Oskar” şadlıq sarayının anbarından, pəncərədən keçmək yolu ilə 10 000 rubl, müxtəlif növ spirtli içkilər və şəxsi sənədlər olan dəmir seyf oğurlanmışdı.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: