Oğul evi yandırdı, atası öldü
03 İyul 2010 Şənbə 15:35
Oğul evi yandırdı, atası öldü. Hadisə Ucarda baş verib.
Ucar rayonunda ölüm hadisəsi baş verib. Daxili işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 2-də saat 17.00 radələrində Ucar rayonunun Qazqumlax kəndində, kənd sakini Elməddin Nəsirov ailə-məişət münaqişəsi zəminində ümumi sahəsi 250 kvadrat metr olan yardımçı təsərrüfatını yandırıb.
Nəticədə bütövlükdə təsərrüfatın yanar konstruksiyaları yanıb, oradakı 2 baş inək tələf olub. Yanğını söndürməyə cəhd göstərən Elməddinin atası Tofiq Nəsirov aldığı yanıq xəsarətindən ölüb.
Faktla əlaqədar cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: