“Odnoklassnik”ə görə qızını və özünü öldürdü
20 İyul 2010 Çərşənbə Axşamı 21:35
Arvadının internetdəki yazışmalarını xəyanət kimi qəbul edən ər “qisas” aldı.
Rusiyanın Omsk vilayətində yaşayan Nikolay Şmidt adlı şəxs arvadının “odnoklassniki.ru” saytında bir kişi ilə yazışdığını biləndən sonra özünü və iki yaşlı qızını öldürüb.
Təqribən bir həftə öncə evə tez gələn Nikolay həyat yoldaşının sosial şəbəkədəki səhifəsinə daxil olarkən tanımadığı şəxsdən gələn məktubu görüb və ağlını itirib.
Həyat yoldaşı Svetlanaya “deməli biz sənə lazım deyilik” sözlərini deyən Nikolay heç bir açıqlama gözləmədən qızını da götürərək evi tərk edib.
Qayınatasının evinə gedərək ondan maşınını gəzmək üçün istəyən qısqanc ər dəhşətli bir üsula əl atıb. Bir həftə müddətində onun yaxınlarının və milisin axtarışları heç bir nəticə verməyib. Yoxa çıxan Nikolayı və onun qızını tapmaq mümkün olmayıb. Sonda yoxa çıxan avtomobili meşə zolağında tapan şəxslər dəhşətli mənzərə ilə rastlaşıblar.
“Mazda” markalı avtomobilin tüstü borusunu şlanqla avtomobilin salonuna birləşdirən Nikolay pəncərələri də bağlayaraq avtomobili işə salıb. Bununla da qısqanc ər qızının və özünün həyatına son qoyub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: