Hadisə

Nəsimi rayonunda qətl hadisəsi olub

Nəsimi rayonunda qətl hadisəsi olub. Hadisəni törədən şəxs tutulub.

· Xəbərçi
Nəsimi rayonunda qətl hadisəsi olub
Nəsimi rayonunda qətl hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə oktyabrın 29-da S.Salayev küçəsində baş verib.

Ceyhun Babayev mübahisə zəminində Arif Həsənovun qarın nahiyəsindən bıçaqla vuraraq onu qətlə yetirib.
Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa verilib.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər