Hadisə

Nərimanovda qanlı olay

Nərimanov Rayon sakini evinin qarşısında bıçaqlandı.

· Xəbərçi
Nərimanovda qanlı olay
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 10-da Nərimanov rayon sakini Vəli Əsgərov evinin qarşısında aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanasına daxil olaraq əməliyyat otağına alınıb.

Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Kənan Məmmədov iyulun 10-da tutularaq istintaq orqanlarına təhvil verilib.

Araşdırma aparılır. ANSPRESS

Şərhlər