Hadisə

Nərimanovda avtomobil qəzası

Qəza nəticəsində sürücülərdən biri xəsarət alaraq xəstəxanaya çatdırılıb

· Xəbərçi
Nərimanovda avtomobil qəzası
Ötən gecə Nərimanov rayonu ərazisndə yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza “Vaz 2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Yol qəzası rayonun Ceyhunbəy Hacıbəyli və Nəsibəy Yusifbəyli küçlərini kəsişməsində baş verib. Qəza nəticəsində qara rəngli “Vaz 2107”-də olan sürücü xəsarət alaraq yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb.

Hadisə yerinə Nərimanov rayon yol polis şöbəsi və polis idarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıb.

Şərhlər