Hadisə

Nərimanov rayonunda ev yandı

Nərimanov rayonunda ev yandı. Hadisənin qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.

· Xəbərçi
Nərimanov rayonunda ev yandı
Bu gün axşam saat 22:15 radələrində paytaxtın Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Yanğın rayonun Faiq Yusifov küçəsi 16, mənzil 35 ünvanında vətəndaşa məxsus mənzildə qeydə alınıb. Təqribən saat 22:30 radələrində yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb. İlkin ehtimallara görə, hadisənin baş verməsinə səbəb mənzildə işləyən kondisionerdə baş vermiş qısaqapanma olub. Mənizilin təqribən 12-15 kvadratmetr hissəsi yanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. ANSPRESS

Şərhlər