Hadisə

Neftçala sakini güllələnib

Neftçala sakini xəstəxanaya aparılarkən yolda ölüb.

· Xəbərçi
Neftçala sakini güllələnib
Neftçala rayonunda gülələnmə hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyunun 25-də saat 00.10 radələrində Neftçala rayonunun 2-ci Mayak kəndi ərazisindən baş verib.
Rayon sakini İmaməddin Cəfərov odlu silahdan (tüfəngdən) xəsarət almış halda xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. ANSPRESS

Şərhlər