Neft Şirkətinin çilingəri dənizdə boğulub
16 İyun 2010 Çərşənbə 17:05
Mərhumun meyiti bir sutka sonra dənizdən çıxarılıb.
Bakının Qaradağ rayonunda insan ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Sanqaçal qəsəbəsi ərazisində dənizdəki platformada işləyən aqreqat (bir neçə müxtəlif maşın birləşməsindən ibarət qurğu) maşınının suya düşməsi nəticəsində Dövlət Neft Şirkətində çilingər işləyən 1960-cı il təvəllüdlü Əliyev Nurağa Feyzi oğlu boğularaq dünyasını dəyişib.
Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dünən günorta saatlarında buruqların təmizlənməsi üçün istifadə olunan aqreqat maşını suyun üzərindəki meydançanın çökməsi nəticəsində dənizə düşüb. Avtomobilin sürücüsü üzərək dənizdən çıxa bilsə də, Əliyev Nurağa Feyzi oğlu dənizdə boğulub. Mərhumun meyiti bu gün günorta saatlarında sudan çıxarılaraq ailəsinə təhvil verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: