Hadisə

Nazirliyin ovçuluq təsərrüfatı yanıb

Nazirliyin ovçuluq təsərrüfatı yanıb. Hadisə Dəvəçi rayonunda baş verib.

· Xəbərçi
Nazirliyin ovçuluq təsərrüfatı yanıb
Dəvəçi rayonu ərazisində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus təsərrüfatda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, yanğın bu gün gecə saatlarında Liman kəndində yerləşən ovçuluq təsərüffatında qeydə alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 140 kv.m olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır. ANSPRESS

Şərhlər