Nazim Quliyev müalicə müəssisəsinə köçürüldü
18 Sentyabr 2009 Cümə 16:15
Nazim Quliyevin məhkəmə prosesi baş tutmayıb
Bu gün Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə baş tutmalı olan “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin məhkəmə prosesi təxirə salınıb. Bu barədə məlumat ANS PRESS-ə məhkəmədən verilib. Prosesin baş tutmamasına səbəb N.Quliyevin səhhətinin pisləşməsi ilə əlaqədar Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülməsi olub.

Qeyd edək ki, N.Quliyev Cinayət Məcəlləsinin 181 (quldurluq) və 234.1 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etmə və saxlama) maddələri ilə ittiham edilir. O, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının iddiası əsaında həbs edilib.

Xatırladaq ki, “İdeal” qəzeti Mətbuat Şurası tərəfindən “reket” qəzetlər siyahısına daxil edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar