Hadisə

Nardaranda ağır yol qəzası baş verib

Hadisə nəticəsində bir nəfər həlak olub.

· Xəbərçi
Nardaranda ağır yol qəzası baş verib
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində “KaMAZ” yük maşını ilə “VAZ 2106” markalı avtomobil toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü Vaqif Hacıyev yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. ANSPRESS

Şərhlər