Nardaran qəsəbəsində 20 kiloqram narkotik vasitə aşkarlanıb
26 İyul 2010 Bazar Ertəsi 17:35
Nardaran qəsəbə sakinin evindən nömrəsi silinmiş odlu silah da tapılıb.
Nardaran qəsəbə sakini S.Bədəlovun həyətyanı sahəsindən və evindən külli miqdarda narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb. DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Nardaran qəsəbə sakini Seyfulla Bədəlovun həyətyanı sahəsi vəevində birgə əməliyyat-axtarış tədbirləri keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Seyfulla Bədəlovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 12 kiloqram 240 qram olan 127 ədəd çətənə kolu, evinə baxış zamanı isə 7 kiloqram 28,18 qram narkotik vasitə olan marixuana aşkar edilib. Bununla yanaşı, həmin şəxsin evindən 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 4 ədəd güllə və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar