Hadisə

Namus üstündə qətl törədildi

Faktla bağlı araşdırma davam edir

· Xəbərçi
Namus üstündə qətl törədildi
Bakı şəhərində namus üsütündə qan tökülüb. Qanlı hadisə Suraxanı rayonu ərazisində baş verib. Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, noyabrın 20-də axşam saatlarında Bülbülə qəsəbəsində 19 yaşlı Əli Ağayev namus üstündə 26 yaşlı Şamil Qurbanovu bıçaqlayıb. Yaralı ağır xəsarətlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

İşin istintaqını aparan Suraxanlı RPİ-nin baş müstəntiqi Səxavət Süleymanov bildirib ki, hadisəyə səbəb zərərçəkmiş şəxsin Əli Ağayevin həyat yoldaşına sataşması olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət vurma) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər