Azərbaycan paytaxtında dəhşətli qətl törədilib. Hadisə bu gün saat 18.00 radələrində Murtuza Muxtarov küçəsində qeydə alınıb. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, Bakı şəhər sakini, 28 yaşlı Elsevər Məmmədov bacısı, 17 yaşlı Rufanə Məmmədovanı bıçaqlayaraq öldürüb. Polis əməkdaşları dərhal E. Məmmədovu həbs edib. Polis əməkdaşları tərəfindən dindirilən E. Məmmədov hadisəni namus üstündə törətdiyini deyib.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. ANSPRESS
Namus üstündə qətl
Yasamal rayonunda dəhşətli hadisə baş verib.




Şərhlər