Hadisə

Moskvada dünya çempionu Müslüm Abdullayev öldürülüb

Moskvada dünya çempionu öldürülüb. Müslüm Abdullayevin başına odlu silahdan atəş açıblar.

· Xəbərçi
Moskvada dünya çempionu Müslüm Abdullayev öldürülüb
Ötən axşam Moskvada Tayvan boksu (tayboks) üzrə Avropa çempionu qətlə yetirilib. 27 yaşlı Müslüm Abdullayevin meyiti Rusiya paytaxtındakı “Nauka” stadionundan tapılıb. İlkin məlumatlara görə, idmançının başına odlu silahdan atəş açılıb. Müslüm Abdullayev əslən Dağıstanın Xasavyurtd rayonundandır.

“Sport-Ekspress” qəzetinin məlumatına görə, Müslüm Abdullayev 2005-ci ildə Banqkokda keçirilən tayboks üzrə dünya çempionatında 81 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. Bir il əvvəl isə o Avropa çempionatının qalibi olub. ANSPRESS

Şərhlər