Moskvada azərbaycanlı qətlə yetirilib
Moskvada bir azərbaycanlı qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, soydaşımızın meyiti Lenin prospekti ilə Udalsova küçəsinin kəsişdiyi yerdə yerləşən yeraltı keçidə aşkarlanıb.
Hüquq mühafizə orqanları azərbaycanlının öz həmyerlisi tərəfindən soyuq silahla qətlə yetirildiyini bildirirlər. Məlumata görə, keçiddə azərbaycanlılar arasında dava düşüb, onlardan biri digərinə bıçaqla zərbə endirib. Hazırda cinayətkarın axtarışı davam edir. ANSPRESS




Şərhlər