Misirdə etiraz aksiyaları davam edir
05 Yanvar 2011 Çərşənbə 21:50
Aksiya iştirakçıları öz xaçlarını "qanları bahasına" qorumağa and içib
Misirdə Yeni il gecəsi İsgəndəriyyə şəhərindəki xristian kilsəsində törədilmiş terror aktını pisləyən etiraz aksiyaları davam edir. Aksiya iştirakçıları hakim partiyanın qərargahı önündə toplaşıb. Onlar öz xaçlarını “qanları bahasına” qorumağa and içib.

Xatırladaq ki, etiraz aksiyaları artıq bir neçə gündür ki, Qahirə və İskəndəriyyədə davam edir. Misir universitetlərinin tələbələri də ölkədəki müsəlman və xristianların həmrəyliyini nümayiş etdirmək üçün yürüşlər keçirib.

Misirdə təhsil alan azərbaycanlı tələbələr isə ANS TV-yə açıqlamalarında bu cür aksiyalara qoşulmadıqlarını deyib.

Xatırladaq ki, yeni il gecəsi İsgəndəriyyə şəhərindəki kilsədə törədilmiş terror aktı zamanı 21 nəfər ölmüş, 79 nəfər isə yaralanmışdı. Misir prezidenti Hüsni Mübarək terror aktına görə məsuliyyəti xarici təşkilatların üzərinə qoyub. Lakin ilkin araşdırmanın nəticələri terror aktının arxasında yerli ekstremist qruplaşmaların dayandığını göstərir. Şübhəlilər arasında “Əl-Qaidə” terror şəbəkəsinin təsiri altında olan “Sələfiyyə” qruplaşması da var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar