Hadisə

Mirmahmud Mirəlioğlu avtomobil qəzasına düşüb

Mirmahmud Mirəlioğlu avtomobil qəzasına düşüb. Hadisə bu gün saat 17.00 radələrində baş verib.

· Xəbərçi
Mirmahmud Mirəlioğlu avtomobil qəzasına düşüb
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu avtomobili qəzasına düşüb. Bu barədə APA-ya M. Mirəlioğlunun özü məlumat verib. Hadisə bu gün saat 17.00 radələrində baş verib. M. Mirəlioğlunun da içərisində olduğu “Opel” markalı avtomobil Salyan rayonunun Marışlı kəndi ərazisində KXCP fəalı olan sürücünün döngədə idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq yolun kənarındakı dirəyə çırpılıb. Əraziyə Dövlət Yol Polisi əməkdaşları gəlib.

Hadisə zamanı avtomobildə olan 4 nəfər arasında xəsarət alan olmayıb.

M. Mirəlioğlu Salyandan yas mərasimindən qayıdırmış. ANSPRESS

Şərhlər