Bu gün Xəzər dənizindən naməlum kişi meyidi tapılıb. Bu barədə ANS PRESS-ə Səbail rayon Polis İradəsinin 39-cu polis bölməsindən məlumat verilib.
Naməlum kişi meyidi Milli Park ərazisində, Bakı Biznes Mərkəzinin bərabərliyində dənizdən tapılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və 39-cu polis bölməsinin əməkdaşları gəlib.
lkin müayinə zamanı meyidin üzərində hər hansı zorakılıq əlaməti aşkar olunmayıb. Meyit daxili müayinə üçün ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma başlanılıb. ANSPRESS
Milli Parkda dənizdən meyit tapılıb
Naməlum kişinin şəxsiyyəti müəyyənləşdirilir




Şərhlər