Meyidi tapılan bazar sahibinin oğlu danışdı
15 Sentyabr 2010 Çərşənbə 18:10
Fuad Həbibov: “Anamın qisas məqsədilə ödürüblər”.
Xaçmaz rayonunda 73 yaşlı bazar sahibəsi Nəcimə Babayevanın müəmmalı şəraitdə ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. Mərhumun oğlu Fuad Həbibov ANS PRESS-in bölgə müxbirinə açıqlamasında anasının qətlə yetirildiyini bildirib.

Fuad Həbibovun sözlərinə görə, anasını tamah məqsədi olmadan qisas məqsədi ilə öldürüblər: “Anamın düşmənləri var idi. O, 25 ilə yaxındır ki, Xaçmaz rayon bazarının rəhbəri işləyib, 9 il bundan əvvəl isə bazarı özəlləşdirərək “Arzu" Ticarət Mərkəzi adlandırdı. O, son zamanlar bir neçə məhkəmə çəkişmələri ilə məşğul idi. Mən meyitə baxmışam. Onun baş nahiyəsində 3 deşilmiş xəsarət var idi”.

Qeyd edək ki, bu gün saat 12.30 radələrində rayonun Muskal küçəsi 15 ünvanünda yerləşən “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın meyiti yaşadığı üçmərtəbəli şəhxi həyət evinin birinci mərtəbəsindən tapılıb. Onun meyitini evi təmizləməyə gələn qulluqçusu tapıb və bu barədə dərhal N. Babayevanın üçüncü mərtəbədə yaşayan qızı, Gülnarəyə məlumat verib. Daha sonra isə hadisə yerinə rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar.

Mərhumun qızı ANS PRESS-ə açıqlamasında anasının qətlə yetirildiyini bildirsə də, rayon prokuroru hələlik bununla bağlı araşdırma aparıldığını bildirib. Hadisənin dəqiq səbəbi aparılan tibbi müayinədən sonra məlum olacaq.

ANS PRESS-in əldə etdiyi məlumata görə, N.Babayeva Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, onun bir neçə şeirlər kitabı çapdan çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar