Mərdəkanda qəza: 3 ölü, 3 yaralı
19 İyul 2010 Bazar Ertəsi 12:35
Mərdəkanda qəza: 3 ölü, 3 yaralı. “Mercedes” “Peco” ilə toqquşub.
Mərdəkan şösesində ölümlə nəticələnən ağır yol-qəza hadisəsi qeydə alınıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyulun 17-si saat 22:30 radələrində Mərdəkan şosesində Mamed Qasımov idarə etdiyi “Mercedes” markalı və İlqar Quliyevin idarə etdiyi “Peco” markalı avtomobillər toqquşub.
Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü M.Qasımov və sərnişini Elçin Paşayev hadisə yerində ölüb, digər sərnişini Nərminə Əliyeva isə xəsarət alıb. “Peco” markalı avtomobilin sərnişini Sədaqət Rəhimova da hadisə yerində ölüb, sürücü İ.Quliyev və sərnişini Ülviyyə Rəhimova xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin baş vermə səbəbi araşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: