Hadisə

Mərdəkan çimərliyində bədbəxt hadisə

45-50 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.

· Xəbərçi
Mərdəkan çimərliyində bədbəxt hadisə
Bakının Xəzər rayonu ərazisində yerləşən çimərlikdə bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 18:00 radələrində Mərdəkan çimərliyində təxminən 45-50 yaşlı kişi batıb.

Xilasetmə işlərinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri batan şəxsi sudan çıxarmağa müvəffəq olsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə təcili yardım, prokurorluq və polis əməkdaşları gəlib.
Mərhumun şəxsiyyəti hələlik məlum deyil. ANSPRESS

Şərhlər