Məktəb direktorunun otağından pul oğurlanıb
12 Oktyabr 2010 Çərşənbə Axşamı 18:35
Otağa pəncərədən daxil olan şəxslər 1500 dollar və 12 500 manat götürərək hadisə yerindən qaçıb.
Bakının Binəqədi rayonunda orta məktəb direktorunun xeyli miqdarda pulu oğurlanıb. Bu barədə Binəqədi rayon Polis İdarəsindən bildirilib.
Hadisə oktyabrın 11-də gecə saat 05.00 radələrində Azadlıq prospektində yerləşən 115 saylı orta məktəbdə baş verib. Məktəbin direktoru Tanrıverdi Orucovun otağına pəncərədən daxil olan naməlum şəxslər oradan 1500 ABŞ dolları və 12 500 manat pulu götürərək hadisə yerindən qaçıb.

Hadisə barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar