Meksikanın mərkəz regiopnundakı Puebla əyalətində neft boru kəmərində meydana gələn partlayış 22 nəfərin ölümü ilə nəticələnib. Meksika dövlət agentliyi “Notimex”in yaydığı məlumata görə əyalətin kiçik yaşayış massivlərindən birində meydana gələn partlayışdan sonra ərazidə yanğın baş verib. 32 nəfərin də müxtəlif dərəcəli bədən xəsarəti aldığı hadisə nəticəsində yaxınlıqda olan bir çox avtomobilə də ziyan dəyib. Qeyd edək ki, partlayış nətcəsində baş vermiş yanğın artıq söndürülüb.
Meksikada neft kəməri partlayıb
Hadisə nəticəsində 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldıb, yaxınlıqda olan bir çox avtomobilə də ziyan dəyib




Şərhlər