Hadisə

Mehmanxanada ölüm hadisəsi baş verib

Hadisə Şamaxı rayonunda qeydə alınıb.

· Xəbərçi
Mehmanxanada ölüm hadisəsi baş verib
Şamaxı rayonunda ölüm hadisəsi olub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Oktyabrın 19-da Şamaxı rayonundakı N.Nərimanov küçəsində təmir-tikinti işləri aparılan mehmanxananın 2-ci mərtəbəsindən orada işləyən Bakı şəhər sakini Kamran Bədəlov yıxılaraq ağır bədən xəsarəti alıb. O, xəstəxanaya aparılsa da həkimlər həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər