Hadisə

Məcburi köçkün özünü öldürüb

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Yevlax rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Yevlax rayon Prokurorluğundan bildirilib.

· Xəbərçi
Məcburi köçkün özünü öldürüb
Hadisə ötən gün qeydə alınıb. Ağdam rayon sakini, məcburi köçkün 25 yaşlı Nail Nəcəfov yaşadığı evdə özünü asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Şərhlər