Hadisə

Maşın yerüstü keçidə çırpılıb

Qəza nəticəsində çən zədələnib və neft ətrafa dağılıb

· Xəbərçi
Maşın yerüstü keçidə çırpılıb
Bakı şəhərində yanacaq daşıyan maşın yerüstü keçidə çırpılıb. Fövqəladə Halar Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb.

"KamAZ" markalı yük avtomobilinin yerüstü keçidə çırpılmasına səbəb sürücünün idarəetməsindən çıxması olub. Qəza nəticəsində sürücü yaralanıb. Avtomobilin qoşqusunda olan neft çəni zədələnib və neft ətrafa dağılıb. Yaralı xəstəxanaya aparılıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 08:34-də başa çatıb.

Şərhlər